Ata “TikTok”dakı videosuna görə qızını güllələyərək ÖLDÜRDÜ
    • 30-01-2025, 11:12
    • 287

Ata “TikTok”dakı videosuna görə qızını güllələyərək ÖLDÜRDÜ

ABŞ-də anadan olan 15 yaşlı qız sosial şəbəkədə paylaşdığı məzmunu “qeyri-inandırıcı” hesab edən atası tərəfindən öldürülüb.

News24.az xəbər verir ki, polis rəsmilərinin bildirdiyinə görə, insident çərşənbə axşamı Pakistanın cənub-qərbindəki Kvetta şəhərinin küçələrindən birində baş verib. 

Əvvəlcə naməlum silahlı şəxslərin hücumuna məruz qaldığını iddia edən Haq daha sonra polis sorğusu zamanı qızını öldürdüyünü etiraf edib.

Polis məmuru Zohaib Mohsin verdiyi açıqlamada ailənin gənc qızın geyim tərzinə, sosial həyatına və TikTok məzmununa reaksiya verdiyini bildirib. Səlahiyyətlilər qətlin “namus” zəminində törədilə biləcəyini vurğulayaraq, gənc qızın mobil telefonunu yoxladıqlarını açıqlayıblar.

Səlahiyyətlilərə görə, ailə təxminən 25 il ABŞ-da yaşadıqdan sonra bu yaxınlarda Pakistanın Bəlucistan əyalətinə köçüb. Polisə verdiyi ifadədə Haq, qızının ABŞ-də olarkən TikTok-da aktiv olduğunu və Pakistana qayıtdıqdan sonra məzmun istehsal etməyə davam etdiyini söyləyib.


Məryəm İlhamqızı