-
- 23-07-2019, 22:59
- 1 034
Antalyada turistlərin avtobusu dərəyə aşdı - 41 yaralı
Antalyanın Kəmər bölgəsində turistləri daşıyan avtobus dərəyə yuvarlanıb.
News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, qəzada xeyli sayda yaralı olduğu bildirilir. Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Hadisə yerinə xeyli sayda xilasedicilər və təcili yardımlar göndərilib.
Qəza nəticəsində 41 nəfər yaralanıb. Onlardan 38-i Polşa vətəndaşıdır. Yaralılardan 2-nin vəziyyəti ağırdır.