Ovçuluqla məşğul olmaq istəyənlər Bu şərtlərə əməl etməlidirlər +ARAŞDIRMA
    • 24-07-2019, 01:24
    • 3 274

Ovçuluqla məşğul olmaq istəyənlər Bu şərtlərə əməl etməlidirlər +ARAŞDIRMA

Zəngin və bərəkətli Azərbaycan torpağı öz nemətlərini, o cümlədən ov heyvanlarını insanlarla səxavətlə paylaşır. Respublikanın faunasına daxil olan vəhşi heyvanlar və quşlar, o cümlədən endemiklər (Qafqaz turu) əla ov obyektləridir.

Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illərdən başlayaraq bu sahəyə maraq daha da çoxalıb. Hal-hazırda ölkədə müxtəlif ovçuluq növləri mövcuddur. Bunlardan quş və dağ keçisi ovu daha çox inkişaf edib.
Ölkə ərazisində ova çıxmağa yalnız Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında ov mövsümündə bunun üçün müəyyən edilmiş xüsusi yerlərdə, həmçinin bölgələrdəki ovçuluq təsərrüfatlarında icazə verilir. Azərbaycanda mövsümündən asılı olaraq Qafqaz (Dağıstan) turu, qaban, yenot, tülkü, çaqqal, qunduz və quşların ovlanması geniş yayılıb.
Ölkənin Şamaxı, Şəki, Oğuz, Qax, İmişli, Quba, İsmayıllı və digər rayonları ovçuluq üçün əlverişlidir.
Qeyd: Azərbaycanda ovçuluğun təşkili üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin lisenziyası tələb olunur. (www.eco.gov.az).

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləsi olan turizm agentlikləri turistlərə lisenziya almaqda kömək edə bilər. Turların təşkili məsələləri üzrə “Golden Rock Travel”, “Victory Tour” və digər turizm agentliklərinə müraciət etmək olar.
News24.az olaraq ovçuluq təsərrüfatlarını sizə təqdim edirik:

Samux Dövlət Ovçuluq Təsərrüfatı - Samux, Goranboy və Yevlax rayonlarının inzibati ərazilərində 40424 ha sahəni əhatə edir. Ərazinin 19300 hektarını Kürqırağı tuqay meşələr təşkil edir. Təsərrüfatın ərazisində məməlilərdən ceyran, cöl donuzu, oxlu kirpi, dovşan, su samuru, quşlardan turac, kəkıik, qırqovul və su-bataqlıq quşlarının isə bir cox növləri qorunur.  Məlumat üçün bildiririk ki, Samux Dövlət Ovçuluq Təsərrüfatının hüquqi şəxs statusunun ləğv edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rəsmi müraciət edilib. Bununla yanaşı, təsərrüfatın bir hissəsində dövlət təbiət qoruğu statuslu yeni xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması nəzərdə tutulub.

Uludüz ovçuluq təsərrüfatı  - Şamaxı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 5500 hektar təşkil edir. Yaradılmasında əsas məqsəd çöl donuzu, qonur ayı, qırqovul və s. ov obyektlərinin artırılması, bərpası və icazə verilən növlərin ovlamasından ibarətdir.

Yaşma ovçuluq təsərrüfatı - Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 4000 hektar təşkil edir. Əsas məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Zavvar ovçuluq təsərrüfatı - Cəlilabad rayonunun inzibati ərazisində yerləşir, sahəsi 20000 hektar təşkil edir. Əsas məqsəd su-bataqlıq quşlarıının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsi və ovlanmasından ibarətdir.

Qırmızıkənd ovçuluq təsərrüfatı – Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yerləşir, sahəsi 10000 hektar təşkil edir. Yaradılmasında əsas məqsəd su-bataqlıq quşlarının və xəzdərililərin mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Ağzıbir ovçuluq təsərrüfatı - Şabran rayonunun inzibati ərazisində yerləşir, sahəsi 21000 hektardır. Əsas məqsəd köçəri quşların mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Mahmudçala ovçuluq təsərrüfatı - Biləsuvar rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7136 hektar təşkil edir. Əsas məqsəd köçəri quşların mühafizəsi və ovlanmasıdır.

Giləzi ovçuluq təsərrüfatı - Xızı rayonunun inzibati ərazisində yerləşir, sahəsi 25 hektar təşkil edir. Əsas məqsəd köçəri quşların mühafizəsi və səmərli istifadəsindən ibarətdir.

Varvara ovçuluq təsərrüfatı - Yevlax rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7762 hektar təşkil edir. Əsas məqsəd su bataqlıq quşlarıının, xəzdərililərin mühafizəsi və səmərəli istifadəsindən ibarətdir.

Babadağ ovçuluq təsərrüfatı - Quba rayonunun inzibati ərazisində yerləşir, sahəsi 61000 hektar təşkil edir. Əsas məqsəd çöl donuzu, qonur ayı, qırqovul, Dağıstan turu və s.ov obyektlərinin artırılması, bərpası və icazə verilən növlərin ovlamasından ibarətdir.

Şəki ovçuluq təsərrüfatı - Şəki və Oğuz rayonlarının inzibati ərazisində yerləşir, sahəsi 60000 hektar təşkil edir. Əsas məqsəd çöl donuzu, qonur ayı, dağ kəli, qırqovul, köpkər və s. ov obyektilərinin artırılması, bərpası və ovlamasından ibarətdir.