Balın çox böyük ağrıkəsici qabiliyyəti var Mədə-bağırsaq xəstəlikləri, xüsusən mədə xorası...
    • 24-07-2019, 21:16
    • 1 717

Balın çox böyük ağrıkəsici qabiliyyəti var Mədə-bağırsaq xəstəlikləri, xüsusən mədə xorası...

Arı ailəsi çox sirli və möcüzəli dünyadır və o qədər intəhasızdır ki, dərinliklərinə gedib çıxmaq çox çətindir. Aristotel "Arı günəşi" adlı kitab yazıb. Dünyanın məşhur alimlərindən Demokrit, Əbu Əli İbn Sinanın da arı və arı məhsulları haqqında dəyərli fikirləri var.
News24.az xəbər verir ki, arı özü müqəddəs olduğu kimi, onun müqəddəs hesab etdikləri də var. Bu, onun yuvası, şahı, qanunu, balası və ruzisidir, arı onların hər biri uğrunda özünü qurban verməyə hazırdır. Arı ailəsində iş bölgüsü var. Ən böyük səlahiyyəti işçi arıya məxsusdur. Şah arının cəmi bir, işçi arının isə 42 səlahiyyəti var. Erkək arının da cəmi bir səlahiyyəti var. Arı qanunlarına görə, işçi arı qanunu pozan həm şah, həm də erkək arını nəinki cəzalandıra, hətta öldürə bilər. Arının ən çox istehsal etdiyiməhsul baldır. Bal ərzaqlar içərisində ən çox kalorisi olan məhsul sayılır. Bir kiloqram balda 3200 kalori var. Bal qəbul ediləndən 7 dəqiqə sonra mədədə həzm olunur, ona görə də bal yeyəndə tez acıma baş verir. Balın çox böyük ağrıkəsici qabiliyyəti var. Sümük, göz, baş ağrıları zamanı həmin nahiyəyə bal sürtmək lazımdır. Qırxılmış başa təmiz bal sürtülməsi ağrıdan xilas edir. Soyuqdəymə və oynaq ağrıları zamanı da bal sürtülməsi gözəl nəticələr verir. Yeri gəlmişkən, balın keyfiyyətini onun dərinin sorulması ilə də bilmək olar. Təmiz bal bədənə sürtüləndən təxminən bir saat sonra bir damcı da qalmadan sorulur.
Çiçək tozu arının istehsal etdiyi ən qiymətliməhsullardan sayılır. Bu, o dərəcədə qiymətli nemətdir ki, kosmonavtların qidasında da ondan istifadə olunur. Vərəmum bakteriya keçirməyən və az tapılan qiymətli maddədir. Mədə-bağırsaq xəstəlikləri, xüsusən mədə xorası və nəfəs yolları iltihabında onun spirtlə qarışdırılmış məhlulundan geniş istifadə olunur. Arının istehsal etdiyi məhsullardan biri də arı zəhəridir və onun tərkibi gürzə zəhəri ilə eynidir. Lakin zəhərin miqdarı az olduğuna görə ölümlə nəticələnmir. Revmatizm, bel ağrıları, sinir sistemi, qan dövranı zamanı arı sancması çox müsbət təsir göstərir.