Azərbaycanlı xanıma vəzifə verildi
    • 27-12-2018, 16:45
    • 981

Azərbaycanlı xanıma vəzifə verildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (ÜADA) məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupuna üzv seçilib.

Sözügedən Xüsusi İşçi Qrupunun məqsədi ÜADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq Agentliklərinin, onların proqramlarının, qısa və uzunmüddətli proqramların effektivliyinə və dünyada təsirli dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətlər, tövsiyələr verilməsi və metodiki dəstək göstərilməsidir.

Xüsusi İşçi Qrupunun əsas vəzifələrindən biri ötən ay ÜADA-nın Təsisçilər Şurasının Bakıda keçirilən görüşündə qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində ÜADA-ya dəstək göstərməkdir.

Azərbaycan Milli Antidopinq Agentliyinin cəmi iki il əvvəl yaradılmasını nəzərə alsaq, Azərbaycan nümayəndəsinin ÜADA-nın Xüsusi İşçi Qrupunun işinə cəlb edilməsi ölkəmizdə dopinqlə mübarizə sahəsində görülən işlərin və bu yönümdə aparılan siyasətin effektivliyinin tanınması deməkdir. 

//OxuAz