Bəzi sahibkarlar unun qiymətini artırdılar

Bəzi sahibkarlar unun qiymətini artırdılar Sosial

Azərbaycanda un istehsalçılarının toptansatış qiymətləri açıqlanıb.

News24.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, 6 fevrala ən bahalı un "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.

Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC-nin bazara çıxardığı undur - 26 manat.

Bu arada bəzi sahibkarlar 3 fevrala nisbətən 50 kq-lıq unun qiymətini artırıblar.

Qiymət artımı edən un istehsalçıları: “AVETA” MMC, Gəncə Dəyirman /MMC, Karat Holding MMC "Karmen" MMC, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "NEON" Firması, "Orxan UN" MMC, "Xırman" MMC, "PAK-NUR" firması, "Səma" fərdi firması, F/ş Mirzəyev İskəndər Yusubəli oğlu, "Avrora" MMC, F/Ş Cəfərli Tural, "Sünbül 2012" MMC, "Nural" MMC.

Bəzi sahibkarlar unun qiymətini artırdılar