Səbail meydanında yollar bağlandı – Taksi sürücüləri fürsətdən istifadə edir - FOTO - VİDEO
    • 25-07-2019, 10:56
    • 704

Səbail meydanında yollar bağlandı – Taksi sürücüləri fürsətdən istifadə edir - FOTO - VİDEO

Səbail meydanında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sərnişinləri çətin vəziyyətə salıb.

News24.az xəbər verir ki, ərazidən keçən 53 nömrəli marşrut avtobusu həmin ərazidəki dayanacaqlarda saxlamır. Yaranan situasiyadan istifadə edən taksi sürücüləri qısa məsafədə adambaşına 3 manat tələb edirlər.

Məsələ isə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, baş verən hadisədən xəbərsiz olduğunu bildirərək məsələnin araşdırılıb tez zamanda yoluna qoyulacağını deyib.

Qeyd edək ki, Lökbatanda da eyni vəziyyət müşahidə olunur. Orada isə 33 turist yolda qalıb.