"48204 müəllimdən 1881-i uğur qazanıb" - NAZİR MÜAVİNİ
    • 25-07-2019, 12:26
    • 823

"48204 müəllimdən 1881-i uğur qazanıb" - NAZİR MÜAVİNİ

Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən test imtahanlarının nəticələri ilə əlaqədar mətbuat konfransı keçirilib.

News24.az
xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov,və İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə iştirak edib.

Təhsil nazirinin müavini M.Vəliyeva builki statistikanı açıqlayıb: "Bu il imtahanlara 54687 namizəd müraciət edib. Onlardan 48204 namizəd imtahanda iştirak etmək üçün dəvət olunub. Namizədlərdən 1881-i uğur qazanıb. Onlardan 3-ü maksimal 60 bal tolayıb".

M.Əliyeva onu da bildirib ki, imtahanlara ilk dəfə qatılanların sayı 21375, ikinci dəfə qatılanların sayı isə 19913 nəfər olub. İkinci dəfə qatılanların əksəriyyəti ilk dəfəkindən daha yüksək nəticə göstərib.

Teymur Məmmədov