"Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var" - Məhəbbət Vəliyeva
    • 23-08-2019, 18:41
    • 680

"Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var" - Məhəbbət Vəliyeva

“Avqustun 19-dan etibarən keçirilən müəllimlərin işə qəbulu ilə bağlı müsahibələrdə 2 632 namizəd iştirak edib. 2019-2020-ci tədris ili üçün müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb”. 

News24.az
 xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

M.Vəliyeva bildirib ki, bu il məktəbdə psixoloq vəzifəsində işləyənlər də müsahibə komissiyasının tərkibinə üzv olaraq cəlb edilib və məqsəd hər bir namizədin ixtisas, pedaqoji, eləcə də metodiki biliklərlə yanaşı, psixoloji vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır.

Builki müsahibələrdə müəllimliyə namizədlərin yüksək nəticələr göstərdiyini qeyd edən Məhəbbət Vəliyeva onların hər birinə uğurlar arzulayıb, müəllim adını qazanacaq namizədlərin təhsilin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.