Məcburi köçkünlər yaşayan tikilidə yanğın- Xəsarət alan var
    • 25-07-2019, 14:39
    • 583

Məcburi köçkünlər yaşayan tikilidə yanğın- Xəsarət alan var

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.