92 yaşlı Tunis prezidenti vəfat etdi
    • 25-07-2019, 14:56
    • 1 065

92 yaşlı Tunis prezidenti vəfat etdi

Tunis prezidenti Beji Kaid əs-Sebsi bu gün hospitalda vəfat edib. 

News24.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb. 

“Əl Ərəbiyə” telekanalının məlumatına görə, müvəqqəti olaraq prezident vəzifəsini ölkə parlamentinin sədri Məhəmməd ən-Naser icra edəcək.
Qeyd edək ki, 92 yaşlı Beji Kaid əs-Sebsi 2014-cü ildən Tunisə rəhbərlik edirdi.

Xatırladaq ki, ötən ay Tunis prezidentinin səhhəti qəfildən pisləşib və o, hospitala yerləşdirilib. Sonradan bəzi yerli KİV orqanları onun ölüm xəbərini yayıblar. Ancaq bu xəbərlər tez bir zamanda rəsmi olaraq öz təsdiqini tapmayıb.