-
- 25-07-2019, 16:43
- 1 059
Emin Ağalarov: "Bir il boyunca "Jara"ya hazırlaşdıq" - FOTO
Bu gün "Jara" beynəlxalq musiqi festivalının mətbuat konfransı baş tutub.
News24.az xəbər verir ki, mətbuat konfransında festivalın təşkilatçıları xalq artisti Emin Ağalarov, Rusiyanın tanınmış simaları Qriqoriy Leps, Sergey Kojevnikov, rusiyalı müğənnilər Lolita, Filipp Kirkorov, Zivert, Ani Lorak, Olqa Buzova, aparıcı Yana Çurikova iştirak edib.
Xalq artisti Emin Ağalarov tədbirdə iştirak edən hər kəsi salamlayaraq festival üçün uzun aylardır hazırlıq getdiyini bildirib: "İl ərzində bu festival üçün hazırlaşırdıq. Çox sürpriz olacaq. Bu böyük işdir".
Müğənni Qriqoriy Leps isə "Jara"ya qpşulmaq təklini sevə-sevə qəbul etdiyini deyib: "Ona hörmət edirəm. Çünki heç nəyin qarşısında sınmadı. Festivalla bağlı mənə təklif gələndə məmnuniyyətlə qəbul etdim".
S.Kojevnikov isə səhnədə çıxış edəcək sənətçilərin sayından söz açıb: "Ən böyük problem müğənniləri dəvət etmək deyil, onlara yox deməkdir. Bu il səhnədə 250 sənətçi çıxış edəcək".
Müğənni Olqa Buzova "Jara"nın onun üçün əhəmiyyətini açıqlayıb: "Sənətçi özünü sərbəst hiss etməlidir. Bunun üçün xüsusi heç nə etmirəm. Mənin ifalarıma baxsanız nədən ifa etdiyimi başa düşərsiniz. Hər zaman deyirəm ki, itlər hürür, karvan isə gedir. "Jara"da səhnə almağım özümü və sənətimi bir daha nümayiş etdirmək üçün şansdır".
Teymur Məmmədov