"Məni dəlixanaya aparın"- Bakıda QƏRİBƏ HADİSƏ- VİDEO
    • 25-07-2019, 18:58
    • 738

"Məni dəlixanaya aparın"- Bakıda QƏRİBƏ HADİSƏ- VİDEO

Bakıda şəhərin mərkəzində qəribə hadisə baş verib.
 
News24.az-ın xəbərinə görə, 25-26 yaşlı gənc küçənin ortasında ilginc hərəkətləri ilə hər kəsin diqqətini çəkib.

O, Nizami kinoteatrının qarşısında yerdə oturaraq küçədən keçənlərə “qoy məni dəlixanaya aparsınlar”, “mən yaşamaq istəmirəm” deyə qışqırıb.

Arada da onun hərəkətlərinə təəccüblə baxanlara həqarət yağdırıb. Ətrafdakıların bəziləri gəncin ruhi xəstə, bəzilər sərxoş, bəziləri isə narkotik maddə qəbul etdiyini deyiblər. Ona tibbi yardım etmək, yaxud yaxınlarına xəbər vermək təklifinə isə gənc “heç kimim yoxdur” deyərək təpki göstərib.