"3 kişi, 1 qadın əl-ayaqlarımı tutdu ki, yaşlı kişi məni zorlasın" -Nigeriyalı uşaq gəlin
    • 22-09-2018, 15:10
    • 1 456

"3 kişi, 1 qadın əl-ayaqlarımı tutdu ki, yaşlı kişi məni zorlasın" -Nigeriyalı uşaq gəlin

"Bizə "pul gəlini" deyirlər. Atam borcumuz olduğuna görə məni babam yaşında kişiyə satdı. 12 yaşımda hamilə qalmışdım".

Bu sözləri Nigeriyanın qeyri-adi adətlərindən əziyyət çəkən Doroti adlı qız söyləyib. O, bildirib ki, Nigeriyada "pul gəlini" adlanan qızlar var ki, pul müqabilində yaşlı kişilərə satılırlar.

"Mənə təcavüz etsin deyə əllərimi və ayaqlarımı tutdular. O, 3 kişinin və bir qadının gözü qarşısında onların köməkliyi ilə məni zorladı. 12 yaşımda hamilə qalmışdım. Çox yaşlı idi. Mənimlə xoş davranmırdı. Həmişə döyürdü. Öldürsə, kimsənin vecinə olmazdı"

O, həmçinin bildirib ki, azyaşlı qızlar təcavüzə məruz qaldıqdan sonra bəziləri qul kimi işlədilir, bəziləri isə fahişəliyə məcbur edilir.

Milli.az