"Qəbələ” komandası “Dinamo” (Tbilisi) ilə ilk görüşdə məğlub olub
    • 25-07-2019, 21:21
    • 888

"Qəbələ” komandası “Dinamo” (Tbilisi) ilə ilk görüşdə məğlub olub

İyulun 25-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” komandası öz meydanında Tbilisinin “Dinamo” klubunu qəbul edib.

News24.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş görüşdə Azərbaycan komandasının heyətində ilk onbirdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Ülvi İsgəndərov, Fernan Lopez, Yusif Nəbiyev və Merab Qiqauri yer alıblar.
Gürcüstan təmsilçisinin heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutalya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze meydana çıxıblar.
Şotlandiyadan olan baş hakim Nikolas Uolşin idarə etdiyi oyunda hesab 41-ci dəqiqədə açılıb. Qarşılaşmada qonaqların heyətində Levan Kutalyanın zərbəsi dəqiq olub.
Oyunun ilk hissəsi “Dinamo” komandasının üstünlüyü ilə başa çatıb.
İkinci hissənin 87-ci dəqiqəsində Tbilisi təmsilçisinin heyətində Arfanq Daffe
hesab arasındakı fərqi ikiyə çatdırıb. Beləliklə matç 0:2 hesabı ilə Gürcüstan komandasının xeyrinə başa çatıb.
Bu komandaların cavab görüşü avqustun 1-də səfərdə olacaq.
İki oyunun qalibi növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.