15 ildən sonra İLK DƏFƏ...
    • 13-02-2025, 03:59
    • 407

15 ildən sonra İLK DƏFƏ...

Çürümüş ət, çürük yumurta və çirkab sularına bənzədilmiş kəskin qoxusu olan nadir çiçək Avstraliyada 15 ildən sonra ilk dəfə çiçək açıb.

News24.az bildirir ki, "titan arum" adı ilə də tanınan cəsəd çiçəyinin vətəni Qərbi Sumatra tropik meşələridir. Təbiətdə bu bitkilərin mindən az olduğu düşünülür.

Qeyd edək ki, cəsəd çiçəyi dünyanın ən pis qoxulu bitkilərindən biridir. Pis qoxusuna görə ona leş çiçəyi də deyirlər. 

Zəhraxanım Şeydayeva