Putin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdi Bir ŞƏRTLƏ
    • 26-07-2019, 01:36
    • 997

Putin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdi Bir ŞƏRTLƏ

Rusiya prezidenti Vladimir Putin “Türkiyə Respublikası ilə bağlı bəzi xüsusi iqtisadi ölçülərin ləğv edilmsi barədə” sərəncam imazlayıb.
News24.az xəbər verir ki, bu barədə www.dailysabah.com xəbər yayıb.
İyulun 25-də imzalanan sənədə əsasən, Rusiya hökuməti Türkiyə ilə aralarında imzalanan 12 Sentyabr 2010-cu il tarixli köhnə sazişi qismən yeniləməyi qərara alıb.
Bundan sonra hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfər şərtləri də bərpa olunacaq. Xidməti pasportdan istifadə etməklə Rusiyaya qısamüddətli ezamiyyətə çıxan türk vətəndaşları, eyni zamanda, Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliyinin təmsilçiləri üçün sənəd öz qüvvəsini itirməmişdi.
Yeni sərəncama görə, həm adi ümumvətəndaş xarici pasportu, həm də xidməti vəsiqəsi olan Türkiyə vətəndaşları Rusiya səfərlərinin məqsədindən asılı olmayaraq, bir çox məhdudiyyətlərdən azad olacaqlar.
Rusiyanının bircə şərti var: “Türkiyəyə getmək istəyən, xidməti pasportu olan rus vətəndaşlarla bağlı rəsmi Ankara da analoji addım atsın”.