Məmur 14 il azadlıqdan MƏHRUM EDİLDİ
    • 13-02-2025, 11:25
    • 553

Məmur 14 il azadlıqdan MƏHRUM EDİLDİ

Yəhudi Muxtar Vilayətinin sakini, keçmiş məmur Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə görə 14 il azadlıqdan məhrum edilib.

News24.az bildirir ki, bu barədə Rusiyanın Yəhudi Muxtar Vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məmur Birobidjandakı əhəmiyyətli infrastruktur obyektlərinin ətraflı yerləri ilə Ukrayna tərəfinin xəritələrini elektron poçtla  göndərib. O, müəssisədə xidmət edərkən bu materialları qanunsuz olaraq köçürüb və evdə saxlayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin bəyanatına görə, o, həmçinin 300 min rubl məbləğində cərimə olunub və iki il müddətinə azadlığa çıxdıqdan sonra hərəkətinə məhdudiyyət qoyulub.

Zəhraxanım Şeydayeva