Məktəbdə uşağın üzərinə...

Məktəbdə uşağın üzərinə... Hadisə

Sankt-Peterburqda məktəbdə uşağın üzərinə şkaf düşüb.

News24.az bildirir ki, bu barədə 78.ru telekanalı məlumat yayıb. Şkafın hündürlüyü 3 metrdən çox olub.

Zərərçəkmiş tibb müəssisəsinə aparılıb. Həkimlər uşağa açıq kəllə-beyin travması, beyin əzilməsi və digər xəsarətlər diaqnozu qoyublar.

Uşağın vəziyyəti ağır qiymətləndirilib və o, reanimasiyaya yerləşdirilib.

Zəhraxanım Şeydayeva