Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi
Hadisə
Qazaxda partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs Bakıya gətirilib.
News24.az xəbər verir ki, ağır yanıq xəsarətləri alan 1961-ci il təvəllüdlü Məqsəd Əşrəf oğlu Kəlayev Qazax Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə zamanı xəsarət alan digər şəxs - onun anası, 1936-cı il təvəllüdlü Dilbər Alı qızı Kəlayeva isə ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, zərərçəkənlər rayonun Yuxarı Salahlı kəndində yaşadıqları evdə qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır./Oxu.az