“Küçə sənətçiləri” layihəsi başladı - BAKIDA
    • 26-07-2019, 12:26
    • 802

“Küçə sənətçiləri” layihəsi başladı - BAKIDA

Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsinin icrasına başlayır.

Bu gün layihənin təqdimatı keçirilib.

Layihə barədə məlumat verən Mərkəzin direktoru Rüfət Bağırov bildirib ki, paytaxtın 3 yerində - Dənizkənarı Milli Parkda, “İçərişəhər”də və Nizami küçəsində küçə sənətçilərinin fəaliyyətinə imkan yaradılacaq.

“İstedadına güvənənlər bizə müraciət edib kastinqdən keçməlidirlər. İstəyirik ki, bir sənəti yalnız 1 nəfər təmsil etsin. Əgər bir sənəti təmsil edənin sayı çox olsa o zaman ona maraq da olmaz. Küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün yayda açıq, qışda isə qapalı məkanlar nəzərdə tutulur. Kastinqə gələnlərdən heç bir ödəniş və yaxud rüsum tələb olunmur”, - deyə o, qeyd edib.

Bakı İnformasiya Mərkəzinin direktoru küçə sənətçilərinin vergiyə cəlb olunması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Turistin onlara verəcəyi ödəniş bəxşiş sayılır və buna görə də küçə sənətçiləri heç bir vergiyə cəlb olunmayacaq. Küçə sənətçiləri vergidən azaddır"./repory/