SON DƏQİQƏ: İranın yük gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğrayıb
    • 26-07-2019, 15:20
    • 1 517

SON DƏQİQƏ: İranın yük gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğrayıb

Bu gün saat 14:10–da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub. 

Bu barədə News24.az-a Dövlət Dəniz Agentliyindən məlumat verilib.

Bildirilib ki, qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.