Lənkəranda qəzaya uğrayan İran gəmisinə görə İKİ HELİKOPTER CƏLB OLUNDU - FHN
    • 26-07-2019, 16:00
    • 1 770

Lənkəranda qəzaya uğrayan İran gəmisinə görə İKİ HELİKOPTER CƏLB OLUNDU - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) İranın yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb.

FHN-dən News24.az-a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.