Milyonlarla təqaüdçünü - üzəcək xəbər

Milyonlarla təqaüdçünü - üzəcək xəbər İqtisadiyyat

Türkiyədə təqaüdçülərlər bağlı bir sıra dəyişikliklər edilib.

News24.az bildirir ki, AKP prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ili “ Təqaüdçülük ili ” elan etməsi ilə  təqaüdçülər üçün şəhərlərarası avtobuslarda 20 faiz, TCDD qatar biletlərində isə yüzdə 10 endirim qüvvəyə minib. Lakin 2025ci ildən etibarən bu endirimlər rəsmi olaraq sona çatıb. 

Bəzi avtobus şirkətləri təqaüdçülərə 20 faiz endirimlə bilet sataraq yanvar ayı ərzində kampaniyanı davam etdirsələr də, xərclərin artması ilə bağlı fevralın 15-dən bütün marşrutlarda tam bilet tarifləri tətbiq edilib.

Zəhraxanım Şeydayeva