Çoxuşaqlı ailələrin ipoteka kreditlərinin - ödənilməsi ilə bağlı təklif
Sosial
Rusiyada Dövlət Duması bəzi çoxuşaqlı ailələr üçün ipoteka kreditlərinin tamamilə ödənilməsini təklif edib.
News24.az bildirir ki, dörd və ya daha çox uşağı olan çoxuşaqlı ailələrin ipotekası dövlət tərəfindən tam ödənilməsinə adi danışıqlar gedib. Müvafiq qanun layihəsini Dövlət Dumasına deputat Nina Ostanina təqdim edib. Bu qanun layihəsi uşaqlı rus ailələrinin mənzil problemlərini həll etmək, onların həyat səviyyəsini yaxşılaşdırmaq və ən əsası doğum səviyyəsini stimullaşdırmaq üçün əlavə federal büdcə vəsaitlərinin cəlb edilməsini nəzərdə tutub.
Zəhraxanım Şeydayeva