
-
- 18-02-2025, 12:21
- 808
Nəsimi Rzayev avtomobil qəzasında dünyasını dəyişdi
Kəngərli rayonunda iki həftə öncə ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
News24.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 4-də Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində baş vermişdi.
Qəza zamanı Kəngərli rayon Qıvraq qəsəbə sakinləri - 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət almışdı.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən və koma vəziyyətində olan N.Rzayev bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.


