Abşeronda boğazında qida qalan 8 yaşlı uşaq öldü
    • 18-02-2025, 13:14
    • 265

Abşeronda boğazında qida qalan 8 yaşlı uşaq öldü

Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.

Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb. 

Xəstəxanaya çatdırılan uşaq vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.