Elektrik enerjisinin qiyməti kəskin ucuzlaşdı - bu ölkədə
    • 19-02-2025, 10:19
    • 647

Elektrik enerjisinin qiyməti kəskin ucuzlaşdı - bu ölkədə

Almaniya Federativ Respublikasında elektrik enerjisi istehlakçıları 2025-ci ilin fevral ayının ikinci yarısında rekord dərəcədə aşağı qiymətlər ödəməyə başlayıblar.

News24.az xəbər verir ki, Bu barədə Amerikanın “Bloomberg” nəşri məlumat yayıb. Mövcud məlumata görə, enerji birjasında ticarət zamanı elektrik enerjisi istehsalçılarının səhmləri 14 faiz dəyər itirib.

“Bloomberg” qeyd edib ki, bu, Amerika və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ilk telefon danışığından sonra başlayan qaz şirkətlərinin fyuçerslərinin qiymətinin eyni vaxtda düşməsi ilə birbaşa bağlıdır./Publika.az