Bu ölkələr Trampın Sülh Şurasına qoşuldu
Dünya
Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qəzza zolağını idarə edən "Sülh Şurasına" qoşulmaq qərarına gəliblər.
News24.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dərc etdiyi birgə bəyanatda öz əksini tapıb.
"Nazirlər ölkələrinin "Sülh Şurası"na qoşulmaq barədə birgə qərarını elan etdilər. Hər bir dövlət öz hüquqi prosedurlarına uyğun olaraq qoşulma sənədlərini imzalayacaq", - bəyanatda deyilir.