-
- 27-07-2019, 14:00
- 789
DSMF-də 8 mindən çox şəxs qəbul edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tələblərə uyğun qurularaq cari ilin may ayında istifadəyə verilən Qəbul Mərkəzinə iyulun 25-dək 8899 vətəndaş müraciət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az əhaliyə “bir pəncərə” və “e-sosial” portalı əsasında xidmətlərin göstərildiyi Mərkəzdə xidmət prosesi operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi prinsiplərinə əsaslanır. Bütün müraciətlərə baxılması vətəndaşlarla açıq iş şəraitində, onların iştirakı ilə aparılır ki, bu da şəffaflıq üçün vacib amillərdən biridir.
Mərkəzə müraciət edənlərdən 7924 nəfəri Mərkəzin əməkdaşları tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. 975 nəfərin müraciəti isə sorğu xarakaterli olub və qeydiyyat masalarında şifahi cavablandırılıb.
Cari ilin 6 ayında DSMF-nin rəhbər vəzifəli şəxsləri və Fondun şöbələrinin əməkdaşları tərəfindən isə 8037 vətəndaş qəbul edilib.
Vətəndaşların müraciətləri pensiya və sosial müavinət, təqaüd, avtomobil və mənzil növbəliliyi, ünvanlı dövlər sosial yardımı, sosial xidmətlər, sanator kurort yolllayışları və s. ilə bağlı olub. Müraciətlər qanunvericiliyin tələblərinə uyğun cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılaraq nəticəsi əsasında müvafiq tədbirlər görülüb.