Avqustun 1-dən vətəndaşlarla görüş DSMF-nin Qəbul Mərkəzində təşkil ediləcək
    • 29-07-2019, 14:23
    • 881

Avqustun 1-dən vətəndaşlarla görüş DSMF-nin Qəbul Mərkəzində təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN)vətəndaşların qəbulu prosesi avqustun 1-dən nazirlik yanında DSMF-nin Qəbul Mərkəzində təşkil ediləcək. 

ƏƏSMN-dan News24.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında vətəndaşların qəbulu otağının müasir tələblərə uyğun qurulması və qəbul prosesində müasir innovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması üçün qəbul otağında yenidənqurma işlərinin aparılması planlaşdırılıb.

Bununla əlaqədar, Nazirliyin inzibati binasında vətəndaş qəbulu prosesinin bir qismi qəbul otağında yenidənqurma işlərinin aparıldığı müddətdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbul Mərkəzində (Bakı şəhəri, H. Zərdabi prospekti, 80) təşkil ediləcək.

DSMF-nin Qəbul Mərkəzi əhaliyə innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı və elektron növbəlilik əsasında, şəffaf və operativ şəkildə, vətəndaş rahatlığı və məmnunluğun prinsipinə uyğun, vətəndaşlarla açıq iş şəraitində xidmətlər göstərilir.