Dəstə ilə sevgilisinə - hücum etdi
Hadisə
Beykozda qadın keçmiş sevgilisinə silahlı hücum etmək üçün dəstə üzvləri ilə sövdələşib.
News24.az bildirir ki, qadının keçmiş sevgilisinin evinə silahlı basqın edən dəstə üzvləri iş adamından 25 milyon lirə tələb ediblər.
Faktla bağlı işə başlayan polis qrupları şübhəlilərin ünvanlarında əməliyyat keçirib. Əməliyyat zamanı 14 şübhəli yaxalanaraq saxlanılıb.
Zəhraxanım Şeydayeva