Vaqif Şıxəliyevin xanımından açıqlama: "Ürəyi dayanıb"

Vaqif Şıxəliyevin xanımından açıqlama: "Ürəyi dayanıb" Hadisə

Komaya düşən müğənni Vaqif Şıxəliyevin həyat yoldaşı açıqlama edib.

News24.az xəbər verir ki, sənətçinin xanımı Əfsanə Qarayeva müğənninin səhhətinin ağır olduğunu bildirib.

Onun sözlərinə görə, dünən müğənninin ürəyi dayanıb və bu səbəbdən o, 10 dəqiqəyə yaxın oksigensiz qalıb. Bundan sonra müğənninin vəziyyəti daha da ağırlaşıb.

Hazırda "Məlhəm Klinikası"nda müalicə olunan Vaqif Şıxəliyevin ailəsi maddi imkanlarının məhdud olması səbəbindən onun dövlət xəstəxanasına köçürülməsini istəyir.

Əfsanə Qarayeva qeyd edib ki, müğənninin klinikada cəmi bir günlük müalicəsinə 12 min manat xərclənib və bu məbləğ ailənin büdcəsi üçün olduqca yüksəkdir.

Bununla belə, həkimlər xəstənin vəziyyətinə görə onun başqa xəstəxanaya köçürülməsinin və tərpədilməsinin riskli olduğunu vurğulayıblar.

Üstəlik, ailəyə dövlət xəstəxanasında hazırda yer olmadığı da bildirilib.

Sənətçinin ailəsi Vaqif Şıxəliyevin dövlət xəstəxanasına yerləşdirilməsi ilə bağlı dövlətdən kömək istəyir. /Primetime.az