Sərnişin avtobusu aşdı - YARALILAR VAR
    • 21-02-2025, 13:14
    • 301

Sərnişin avtobusu aşdı - YARALILAR VAR

Türkiyədə Ağrıdan Ərzuruma gedən Gültəkin Yolcunun idarə etdiyi sərnişin avtobusu gecə saatlarında Horasan rayonu yaxınlığındakı Velibaba ərazisində maneəyə çırpılıb.

News24.az xəbər verir ki, avtobusun yoldan çıxaraq əkin sahəsinə aşması nəticəsində sürücü və 36 sərnişin xəsarət alıb.

Xəbərdarlıq üzərinə qəza yerinə həkim, xilasedicilər və polislər gəlib.

Həkim qrupları tərəfindən şəhərdəki xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilib.

Faktla bağlı araşdırma davam edir.

Ağa Dadaşzadə