10 yaşlı uşaq qabyuyan maşının içinə - DÜŞDÜ

10 yaşlı uşaq qabyuyan maşının içinə - DÜŞDÜ Hadisə

Qərbi Avstraliyanın Mandurah şəhərində evdə nahar hazırlayarkən 10 yaşlı Landen Şturman sürüşərək açıq qabyuyan maşının içinə düşüb.

News24.az xəbər verir ki, maşından çıxan bıçaq onurğasına ilişən uşaq təcili olaraq xəstəxanaya çatdırılıb.

Xəstəxanada beyin və ortoped cərrahlarının müdaxiləsi ilə bıçaq uşağın bədənindən çıxarılıb. Bıçağın onurğa beyninə çox yaxın bir nöqtəyə dəydiyi, uşağın "millimetrik" fərq sayəsində iflic olmaqdan xilas olduğu və qalıcı sinir zədələnməsinə səbəb olmadığı ifadə edilib.

Həkimlər bildiriblər ki, bıçaq bir neçə millimetr dərinliyə getsəydi, uşaq insult keçirə bilərdi.

Günel Məlikzadə