Mədə yanmasının - SƏBƏBLƏRİ
Sağlamlıq
Mədə yanması ən çox düzgün qidalanmadan və ya həddindən artıq yeməkdən qaynaqlanır, ancaq digər məsələlər də mövcuddur.
News24.az xəbər verir ki, kəkim Aleksandr Myasnikov insanları narahat vəziyyətə səbəb olan əsas amilləri sadalayıb.
Həqiqətən də mədə yanmasını artıran əsas amil evdən kənarda hazırlanan və keyfiyyətsiz yeməklər, xüsusilə yağlı və duzlu qidalardır. İçkilər arasında qəhvə və aşırı çay mədə yanmasını artıran səbəblər siyahısına daxil edilib.
Mədə yanmasının digər səbəbləri arasında məşq (xüsusilə də ağır yüklər qaldırma), artıq çəki, hamiləlik və qastroezofageal reflü xəstəliyi və qastrit kimi bəzi xəstəliklər var.
Ağa Dadaşzadə