
-
- 24-02-2025, 12:33
- 328
Derbi öncəsi azarkeşlərə XƏBƏRDARLIQ
Bu gün "Qalatasaray" - "Fənərbaxça" derbisi öncəsi "Fənərbaxça" azarkeşlərinə vacib açıqlama verib.
News24.az xəbər verir ki, “Fənərbaxça”nın rəsmi internet saytından verilən açıqlamada, səfər bileti alan azarkeşlərin klubun təşkil etdiyi avtobuslarla Rams Parka aparılacağı bildirilib.
“Trendyol Super Liqasının 25-ci həftəsində bu axşam keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” matçı üçün səfər tribunalarından bilet alan azarkeşlərimizin daşınması təhlükəsizlik tədbirləri çərçivəsində klubumuzun kollektiv şəkildə təşkil etdiyi avtobuslarla təmin ediləcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə axşam saat 21:00-da başlayacaq.
Ağa Dadaşzadə