Zelenski prezident vəzifəsini tərk edəcək - Şərtini açıqladı

Zelenski prezident vəzifəsini tərk edəcək - Şərtini açıqladı Dünya

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzvlüyü müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu açıqlayıb.

News24.az Söz.az-a istinadla xəbər verir ki, Zelenskinin mətbuat konfransındakı sözlərinin videoyazısını "Əl-Cəzirə" telekanalı yayımlayıb. 

"Ukrayna üçün sülh vacibdirsə, vəzifəmi tərk etməyimə həqiqətən ehtiyacınız varsa, mən hazıram. Belə şərtlər olarsa, onu dərhal NATO-ya dəyişə bilərəm", - deyə Ukrayna prezidenti bildirib.