Hava limanında böyük QALMAQAL - ANBAAN VİDEO
    • 24-02-2025, 17:09
    • 1 524

Hava limanında böyük QALMAQAL - ANBAAN VİDEO

İstanbul Hava Limanının daxili terminalında fəaliyyət göstərən kafedə baş verən gigiyena qalmaqalı bir vətəndaş tərəfindən qeydə alınıb. Belə ki, kadrlarda kafe işçilərindən birinin satılmayan sendviçləri açması, köhnə inqrediyentləri çıxarması və yalnız bəzi inqrediyentləri dəyişdirərək yenidən qablaşdırması görünür.

News24.az xəbər verir ki, hadisə sosial şəbəkədə yayıldıqdan sonra sərnişinlər reaksiya verib. Sərnişinlər hava limanında baha qiymətə satılan ərzaqların gigiyena normalarına uyğun olması lazım olduğunu bildirərək, aidiyyatı qurumlardan bu məsələ ilə bağlı daha sərt yoxlamaların aparılmasını tələb ediblər.

Sözügedən görüntüləri təqdim edirik:

Günel Məlikzadə