Mədət Quliyevin müavini işdən çıxarıldı FOTO
    • 29-07-2019, 10:50
    • 1 258

Mədət Quliyevin müavini işdən çıxarıldı FOTO

Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub.

Bu barədə müvafiq sərəncam imzalanıb.
Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.
Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi.
Xatırldaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub./report/