Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin sözçüsünü İŞDƏN ÇIXARDI
    • 3-09-2019, 15:46
    • 1 225

Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin sözçüsünü İŞDƏN ÇIXARDI

Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxarılıb.

Bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəsifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi. 

Nazirliyin sözçüsü vəzifəsi isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakova həvalə olunub.
Qeyd edək ki, bu ilin iyun ayında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov da vəzifəsindən azad olunub və müvafiq əmrlə bu vəzifəyə Zaur Əliyev təyin edilib. Həmçinin Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də vəzifəsindən azad olunub. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyində struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

Belə ki, nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri iləNadim Buludxan oğlu Bayramov MSN-nin Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.