-
- 10-08-2018, 10:25
- 1 032
Azərbaycanda körpələrə “Topuq testi” tətbiq olunacaq
Dünya səhiyyə sistemində tətbiq edilən “Topuq testi” Azərbaycanda tətbiq olunacaq.
Bunu News24.az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib.
Onun sözlərinə görə, yeni doğulan uşaqdan götürüləcək “Topuq testi” üçün avanadlıqlar alınıb:
“Bu, xüsusi skrin proqramdır. Onun tətbiqi üçün müəyyən avadanlıqların olması zəruridir. Artıq həmin avadanlıqlar ölkəyə gətirilib. Bir və bir il yarıma kimi həmin layihə Azərbaycanda tətbiq edilməyə başlanacaq.
Layihə əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək. İlk növbədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq.
Dünya tibb sistemində olan “Topuq testi”nin 2014-2020-ci illəri əhatə edən dövlət proqramına salınması üçün səhiyyə naziri Oqtay Şirəliyevtərəfindən təlimat verilib. Həmin test dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək”.
Baş pediatr bildirib ki, “Topuq testi” çox maliyyə tələb edir:
“Bu test vasitəsilə bir sıra anadangəlmə irsi xəstəliklərin yeni doğulmuş körpələrdə erkən diaqnostikasına nail olacağıq. Uşaqların orqanizmində metobolik xəstəliklərin törətdiyi zəhərlənmələr baş vermədən tədbir görüləcək.
Bu test metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əskikliklərini zamanında ortaya çıxarmağa kömək edəcək. Uşaq doğulandan ilk sutka ərzində götürmək olar. Yenidoğulanlarda xəstəliklərin qarşısını almaq üçün effektli analizdir”.
Qeyd edək ki, dünya səhiyyə sistemində “Topuq testi” və ya “tarama testi” adlanan bu test metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün olan rutin testdir. Bu test bir çox ölkələrdə tətbiq olunur. Testlərin nəticəsinə görə xəstəliklərin qarşısı alınır.