Dünyanı şoka salan qərar
    • 18-04-2025, 11:20
    • 214

Dünyanı şoka salan qərar

ABŞ prezidenti Donald Tramp özünün “Öncə Amerika” yanaşmasına uyğun olaraq bütün xarici yardımı donduran sərəncam imzalayıb.

News24.az xəbər verir ki, bu sərəncamın məqsədinin, proqramların “Amerika maraqları” ilə uyğunluğunu yenidən dəyərləndirmək olduğu iddia edilib.

Bu qərar ilk dəfə 2003-cü ildə Prezident Corc Buş tərəfindən başladılan və on milyonlarla insanın həyatını xilas edən Təcili QİÇS Yardımı Planına (PEPFAR) ayrılan vəsaitlərin dayandırılması deməkdir.

Trampın bu qərarı dünya miqyasında dərman təminatını və müalicəni pozaraq, ən azı 20 milyon insanın həyatına mənfi təsir edib.

Bu qərarla, Amerikanın köməyindən asılı olan 4 milyon insan QİÇS-dən ölə bilər. 

Eyni zamanda, 2030-cu ilə qədər pandemiyadan tamamilə xilas olacağına ümid edən rəsmilər, ixtisarların davam edəcəyi təqdirdə bunun mümkünsüz olacağını söyləyirlər.

Günel Məlikzadə