Dənizdə batan 12 yaşlı oğlanın meyiti TAPILDI
    • 29-07-2019, 12:30
    • 1 277

Dənizdə batan 12 yaşlı oğlanın meyiti TAPILDI

Abşeronda dənizdə batan 12 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytına istinadən xəbər verir. Bildirilir ki, ötən gün Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb. E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.