Dənizdə batan daha iki nəfərin meyiti tapıldı
    • 30-07-2019, 11:37
    • 794

Dənizdə batan daha iki nəfərin meyiti tapıldı

İyulun 28-də Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb.

Föqəladə hallar Nazirliyindən News24.az-a veriən məlumata görə, M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.