Məşhur müğənni narazı qonşularının evlərini satın aldı - ÖZÜNƏ KƏND YARADIR - FOTO
    • 29-07-2019, 12:45
    • 764

Məşhur müğənni narazı qonşularının evlərini satın aldı - ÖZÜNƏ KƏND YARADIR - FOTO

Dünyaca məşhur müğənni Ed Şiran maraqlı addım atıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı ondan narazı olan qonşularının evini satın alır. 2012-ci İngiltərənin şərqində yerləşən Suffolk qraflığında özünə ev alan müğənni bir müddət sonra qonşuluqdakı malikəni əldə edib. Daşınmaz əmlak alqısı ilə həddindən artıq dərəcədə maraqlanan və bunu hobbiyə çevirən Ed Şiran qısa zamanda özü üçün kiçik kənd yaradıb. "Şiranvill" adlandırılan kəndin qiyməti 3,7 milyon funt sterlinq dəyərində qiymətləndirilir. 

Qonşular arasında narazılığın yaranmasına əsas səbəb isə E.Şiranın süni göl adı ilə əyləncə gecələri keçirmək üçün hovuz hazırlatması və özü üçün kilsə tikdirməsi olub. Məsələni kökündən həll etmək istəyən ifaçı məhz buna buna görə də artıq 4 qonşusunun evini satın alıb.