İllərdir səhv müalicə - edirlərmiş...
Hadisə
Diyarbəkirdə yaşayan 50 yaşlı kişi 2023-cü ilin oktyabrında diş çəkdirdikdən sonra implant ölçmələrinə gedib.
News24.az bildirir ki, həmin kişi təəssürat üçün tətbiq olunan silikonu bilmədən udub. Bir müddət sonra nəfəs darlığı və öskürək şikayətləri ilə xəstəxanaya müraciət edən kişiyə astma diaqnozu qoyulub.
1,5 ildir astma diaqnozu qoyulduqdan sonra müalicə almağa başlayan kişi Prof. Dr. Əbdürrəhman Şenyiğitin yanına gələndə aparılan araşdırmalar tamam başqa həqiqəti üzə çıxarıb.
Tomoqrafiya və bronxoskopiya əməliyyatları zamanı ağciyərlərə çökmüş maddənin udulmuş silikon olduğu müəyyən edilib.
Bildirilib ki, silikonun çıxarılması ilə xəstənin şikayətləri aradan qalxıb.
Zəhraxanım Şeydayeva