Sofiyada Xocalı qurbanlarının ruhuna dualar oxunub
    • 26-02-2025, 13:23
    • 574

Sofiyada Xocalı qurbanlarının ruhuna dualar oxunub

Sofiyanın mərkəzi məscidində Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunub.

Bu barədə News24.az Azərbaycanın Bolqarıstandakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verib.

Tədbir Azərbaycan səfirliyi və Bolqarıstanın Baş Müftiliyi tərəfindən təşkil edilib.

“Sofiyanın mərkəzi məscidində keçirilən mərasimdə biz Xocalı soyqırımının günahsız qurbanlarının ruhuna dualar oxuduq, ədalətə və sülhə sadiqliyimizi təsdiqlədik”, - paylaşımda bildirilib.