Taksinin qatarla toqquşmasında günah sürücüdədir - Qanunu pozub
    • 29-07-2019, 14:38
    • 974

Taksinin qatarla toqquşmasında günah sürücüdədir - Qanunu pozub

“Azərbaycam Dəmir Yolları” QCS bu  gün "Qala-Binə mənzilinin 30-cu kilometrdə yerləşən qorunmayan dəmir yolu keçidində baş vermiş qəzayla bağlı açıqlama yayıb. 


"Azərbaycan Dəmir Yolları" QCS-dən News24.az-a verilən məlumata görə, hadisə bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomaşın drezinlə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.