"Rayonlarda keçidlərin inşasına ehtiyac yoxdur"- ANAR NƏCƏFLİ
    • 29-07-2019, 17:40
    • 1 091

"Rayonlarda keçidlərin inşasına ehtiyac yoxdur"- ANAR NƏCƏFLİ

"Azərbaycan rayonlarının şəhərdaxili ərazilərində yeraltı və yerüstü keçidlərin inşası hələ ki gözlənilmir, çünki orda hər hansı problem yoxdur".

Bunu News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yeraltı və yerüstü keçidlərə  əsasən magistral yollarda ehtiyac var: «Bununla bağlı təbii ki, işlər görülür. Müəyyən ərazilər var ki, orda yeni piyada keçidləri inşa olunur. Yeni magistral yollar var ki, hər birində yerüstü, yeraltı keçidlərin inşası nəzərdə tutulub".

A.Nəcəfli onu da əlavə edib ki, Bakı-Şamaxı yolunda yaşayış məntəqələrinə keçmək üçün yeni inşa olunan yolda dəmir konstruksiyalı yerüstü piyada keçidləri inşa olunub: "Müəyyən ərazilər var idi ki, şəhərin çıxışında inşaat işlərinə ehtiyac var idi, bu il o da həllini tapıb. Demək olar ki, bu istiqamətdə problemlər aradan qaldırılıb. Bakı - Qazax yolunda müəyyən ərazilər var idi, burada da piyada keçidi inşa olunub. Bakı-Ələt- Astara yolunda kifayət qədər yeraltı keçid nəzərdə tutulmuşdu, onlar da inşa olunub".  

Afaq Mirayiq